Search by :

33 illik

İş Təcrübəsi

Haqqımızda

MK Group Agro

Azərbaycanın ilk müasir şitilxanasına, ilk müasir istixana kompleksinə sahib olan və eyni zamanda ölkədə ilk dəfə açar təslim istixana və meyvə bağlarının ilk innovativ suvarma sistemlərinin tətbiqində ilklərə imza atan, 1991’dən günümüzə 33 illik peşəkar təcrübəyə əsaslanan və innovativ texnologiyalar ilə sahibkarlara və fermerlərə yüksək keyfiyyətli xidmət göstərən ilklərin lideri “MK Group Agro” ailəsinə xoş gəlmisiniz..

Bizim hekayəmiz 1991-ci ildə, Bakı şəhərinin kiçik bir qəsəbəsində yerləşən kiçik istixana ve ştilxanamızda başladı. Ənənəvi metodlar vasitəsilə, şitil yetişdirmə bacarığımızı inkişaf etdirdik. İllər keçdikcə, təcrübələrimiz bizə müasir şitilxana və bitki yetişdirmə texnikalarının sahələrini araşdırmaq imkanını verdi. Qeyd edək ki, 2012 ci ildə müəssisəmiz ölkəmizdə ilk olaraq tərəvəz şitil calağının tətbiqinə başlamışdır. Surətlə inkişaf edən şitilxana kompleksimiz sahəsini 500 m2-dən 30000 m2-ə, istehsal gücünü isə ildə 250 min şitildən 40 milyon şitilə artıraraq fəaliyyətinə davam etməkdədir.

"MK Group Agro” Azərbaycanda ilk müasir tipli açar-təslim istixanaların qurulmasını, meyvə bağlarının ilk innovativ sulama sistemlərinin tətbiqini, həmçinin müasir şitilxana olaraq tərəvəz şitili yetiştiriciliyinin ilk təməlini qoyan, ölkənin müasir kənd təsərrüfatının  əkinçilik sahəsinin inkişafında öz töhvəsini vermiş ilklərə imza atan lider şirkətdir.

Bu sahədə 30 ildən artıq təcrübəmizi sahibkarlar və yerli fermerlərlə bölüşmək ölkəmizdə müasir kənd təsərrüfatının inkişafına dəstək olmaq bizə qürur verir. Keçmişdə, bugündə və gələcəkdə mükəmməlliyə və yeniliklərə can atmaqla etibarlı tərəfdaşınız olmağa davam edirik.

Biz əkinçilərin istəklərini dərinliklə başa düşən etibarlı bir istehsalçıya və tədarükçüyə çevrildik. Bugün isə , təkcə Azərbaycanda deyil, eyni zamanda Özbəkistan və bir çox orta asiya bölgələrində böyük çaplı layihələr həyata keçiririk. Buna nümunə olaraq, ölkəmizdə Zirə qəsəbəsində 700 hektarlıq ərazidə yerləşən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilən Abşeron Olive Garden layihəsidir. Orta Asiya’daki lahiyələrimizdən biri, Özbəkistan Respublikası’nın Farg’ona şəhərində yerləşən, 417 hektar ərazidə damlama-sulama sistemləri sahəsində ilk olan Global Tekstil layihəsidir. Bu layihənin də açılışına Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyayev təşrif buyurmuşdur.

MK Group Agro damlama-sulama sistemlərini ixtira eden ve dünyada öz sözünü demiş Netafim şirkətinin 20 ildir ki, Azərbaycan Respublikası və Orta Asiya üzrə rəsmi distributorudur. Bununla yanaşı, Sakata, Pelamix Ginegar Kekkila kimi dünyanın bir cox nüfuzlu brendleri ilə əməkdaşlığımıza davam edirik.

Mk Group Agro ailəsi fəaliyyətini inkişaf etdirərək müxtəlif sahələrə ayrılmışdır.

 “Kürdəxanı Ştili Kompleksi”

  1. Tərəvəz şitillərinin yetişdirilməsi sahəsində fəaliyyət göstərir.

“MK Agro Market”

  1. Dünya standartlarına uyğun olan keyfiyyətli materiallar vasitəsi ilə müasir acar teslim istixanaların quraşdırılması.
  2. Meyve baglari və istixanalar üçün tam avtomatik suvarma sistemlərinin quraşdırılması
  3. Suvarma sistemləri ve istixana materiallarının topdan və pərakəndə satışı; 
  4. Satış və layihə sonrası ehtiyaca uyğun əlavə qurğularla təmin olunması və texniki servis.